İstanbul boğazlarında hər iki istiqamətdə dayandırılan gəmilərin hərəkəti artıq bərpa edilib.
Bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin saytında məlumat yayılıb.
Qeyd edək ki, boğazlarda gəmilərin hərəkəti səhər saatlarında qatı duman səbəbindən dayandırılmışdı.
**11:31
İstanbul boğazlarında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhərin Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, qərar ərazidəki qatı dumanlı hava şəraiti ilə bağlıdır.