İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqlayıb.
"Times of Israel" xəbər verir ki, bu barədə İsrail hökumət başçısı video-bəyanatında bildirib.
Netanyahunun bəhs etdiyi “dördüncü şəxs”inin HƏMAS-ın siyasi liderinin müavini Saleh əl-Aruri olduğu bildirilir.
İsrailin Baş naziri Netanyahu tezliklə HƏMAS-ın digər yüksək səviyyəli komandirlərinə də sıranın çatacağına söz verib.
“Biz tam qələbəyə doğru gedirik. Bu qələbəyə gedən yolda biz artıq HƏMAS-ın “dördüncü” şəxsini aradan qaldırdıq. Üç, iki və bir yoldadır. Onların hamısı ölü adamlardır”, - Netanyahu deyib.
Qeyd edək ki, Əl-Aruri yanvarın əvvəlində Beyruta endirilən hava hücumunda öldürülüb, lakin, İsrail heç vaxt hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.