“Hizbullah” lideri Həsən Nəsrullah HƏMAS nümayəndə heyətini qəbul edib.
Bu barədə Livan KİV məlumat yayıb.
Məlumata əsasən, HƏMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.
Tərəflər arasında İsrail-HƏMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.