Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin Belqorod və Kursk vilayətlərinə daxil olmaq cəhdi ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, məlumatda Rusiya tərəfinin bu cəhdin qarşısını aldığı bildirilib.
"Bu gün səhər Rusiya hərbçiləri Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri ilə birlikdə Ukraynanın Belqorod və Kursk vilayətlərinin ərazisinə girmək cəhdinin qarşısını alıblar", deyə məlumatda qeyd olunub.
**13:16
Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmağa cəhd etməsi təsdiqlənib.
Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoy bildirib.
Onun sözlərinə görə, Ukraynanın diversiya-kəşfiyyat qrupu Kursk vilayətinin Tetkino yaşayış məntəqəsinə soxulmağa çalışıb: "Atışma olub, lakin heç bir irəliləyiş olmayıb", deyə vilayət qubernatoru Telegram kanalında bildirib.