Rumıniya Prezidenti Klaus Yohannis NATO-nun Baş katibi vəzifəsinə namizəd olacaq.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dövlət başçısı brifinqdə bildirib ki, Rumıniya Prezidenti kimi iki mandat zamanı əldə etdiyi təcrübəni nəzərə alaraq Alyansın, həm də Avropanın üzləşdiyi problemləri dərindən dərk edərək bu qərarı qəbul edib.
BBC isə Prezidentin bu sözlərini sitat gətirib: “Ölkəmiz iyirmi ildən artıq müddətdə NATO-ya üzvlüyü zamanı öhdəliklərini layiqincə yerinə yetirib. Habelə, ÜDM-in 2,5%-ni müdafiəyə ayırır. Hesab edirəm ki, ölkəmizin Avro-Atlantik liderlik strukturları çərçivəsində üzərinə daha böyük məsuliyyət götürməsinin vaxtı çatıb”.