ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzun mənzilli ATACMS taktiki ballistik raketləri göndərməyə hazırdır.
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat verib.
Qeyd olunub ki, Ukrayna dəfələrlə ABŞ-dan Krıma hücumlar üçün təxminən 290 km məsafəyə gedib çatmağa qadir olan ATACMS raketlərini tədarük etməyi xahiş edib. Lakin ABŞ Prezidenti Cozef Bayden administrasiyası bu ideyaları qəbul etməyib: “Onlar deyirdilər ki, bu silahlar ABŞ-ın özünə lazımdır. Amma indi Pentaqon bu raketləri verməyə hazırdır. Çünki ABŞ öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli raketlərdən (Precision Strike Missile, PrSM) istifadə edə bilər”.
Eyni zamanda, bildirilib ki, ABŞ-ın Ukrayna üçün nəzərdə tutduğu 300 milyon dollarlıq yeni yardım paketinə təxminən 160 km-ə çata bilən orta mənzilli ATACMS üçün kasetli sursatlar daxildir.