Kollektiv Qərb Avropanın təhlükəsizlik sistemini tamamilə məhv edib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, kollektiv Qərb Rusiyaya strateji məğlubiyyət vermək fikrindədir: "Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlarını, eyni zamanda, Avropa dövlətlərinin liderlərinin səsləndirdiyi bir sıra digər "inciləri" göstərmək kifayətdir. Rusiyaya qarşı təcavüzkar xətt Qərbin kursunun bir hissəsidir və onun bütün beynəlxalq münasibətlər sisteminin obyektiv demokratikləşməsi prosesinin qarşısını almaq səylərinin yalnız bir hissəsidir. Onlar çox gözəl başa düşürlər ki, Ukraynada məhz bu məsələ Qərbin dünya işlərində hökmranlığı, onun hegemonluğuna son qoyulması məsələsi həll olunur", deyə Lavrov qeyd edib.