Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
APA xəbər verir ki, Putinin bu dəfəki müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olub.
Rusiya Prezidenti ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.