Ukraynanın lazımi qədər silah-sursatı yoxdur - STOLTENBERQ

Ukraynanın lazımi qədər silah-sursatı yoxdur.


Bunu NATO-nun Baş katibi Yens Stoltenberq brifinqdə çıxışı zamanı deyib.


O bildirib ki, buna baxmayaraq, Ukrayna lazımi cəsarətə sahibdir.


“NATO üzvləri ciddi tarixi səhvə yol verməmək üçün Ukraynaya tez bir zamanda əlavə hərbi yardım göstərməlidirlər. Biz birlikdə Ukraynanı lazım olan hər şeylə təmin edə bilərik. Bunun üçün siyasi iradə nümayiş etdirməliyik", - Baş katib bildirib.


Onun sözlərinə görə, hərbi tədarükün gecikdirilməsi döyüş meydanında mənfi nəticələrə səbəb ola bilər: “Bu, kritik məqamdır. Rusiyanın üstünlüyü əldə etməsinə imkan vermək böyük tarixi səhv olar”.


Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.