Gürcüstanın Baş naziri ABŞ-ı tənqid edib

ABŞ Gürcüstanın 4 hakiminə niyə sanskiya tətbiq etməsinə dair sübutları hələ də təqdim etməyib.


Yerli KİV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Koxabidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ-ın gürcüstanlı hakimlərə viza məhdudiyyəti tətbiq etməsindən sonra Tbilisi sübutları istəyib, lakin üzərindən uzun vaxt keçməsinə baxmayaraq, heç bir sübut təqdim edilməyib.


Kobaxidze əlavə edib ki, ABŞ sübut təqdim etmək əvəzinə Gürcüstandan bu sübutları özünün axtarmasını istəyib. Hökumət başçısı ABŞ-ın bu addımını Gürcüstanın ədliyyə sisteminin müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirib.


“Heç bir sübut olmadan, üç aktiv, bir keçmiş hakimə viza məhdudiyyəti qoyulması məhkəmənin müstəqilliyi prinsipinə hörmət edilmədiyini göstərir. Biz həmişə məhkəmənin müstəqilliyi prinsipini qətiyyətlə qoruyacağıq”, - Kobaxidze deyib.


Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin aprelində korrupsiya əməllərində iştirakına görə Gürcüstanın dörd hakiminə sanksiya tətbiq edib, onların ABŞ-a girişi qadağan edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.