ABŞ hərbi təyyarələri bu gün Qəzza zolağının şimalına hava yolu ilə 11-ci dəfə humanitar yardım çatdırıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Yardımın çatdırılması üçün iki "C-130" hərbi yük təyyarəsi və bir "C-17 Globemaster III" strateji hərbi nəqliyyat təyyarəsi cəlb olunub.
Humanitar yardım çərçivəsində Qəzza zolağına havadan 35 min ərzaq paketi və 31 800 butulka su atılıb.