Pakistan ordusunun Əfqanıstan yaxınlığında yerləşən hərbi postuna hücum olub, 5 nəfər ölüb.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, partlayıcılarla dolu maşınla posta hücum edilib, nəticədə təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
İnsidenti altı nəfərin törətdiyi deyilir.