Şimali Koreya lideri Kim Çen In hava-desant təlimlərinə rəhbərlik edib.
Bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, təlimlər desantların hərbi dövrdə gözlənilməz vəziyyətdə istənilən operativ plan üzrə səfərbərliyə hazırlığını yoxlamağa yönəlib.
Qeyd olunub ki, Kim Çen In ilə birlikdə qızı da müşahidə məntəqəsində olub.
Təlimlər zamanı şərti düşmənin mövqeyinə desant çıxarılıb və fərziyyəvi obyekt ələ keçirilib.
Şimali Koreya liderinin təlimlərdən razı qaldığı və döyüşçülərin təkcə ideoloji-siyasi baxımdan deyil, həm də hərbi-texniki və fiziki nöqteyi-nəzərdən hazır olduqlarını qeyd edib.