Almaniya Kansleri Olaf Şolts sabah Yaxın Şərqə yollanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Kansler özü məlumat verib.
"İndi Qəzza zolağına daha çox humanitar yardım çatdırılmalıdır. Səfərim çərçivəsindəki görüşlərdə bu məsələni də dilə gətirəcəyəm", - o deyib.
Kansler həmçinin Qəzza zolağında bir milyondan çox insanın sığındığı Rəfah şəhərinə İsrailin təsdiqlənən hücumu ilə bağlı narahatlığını diqqətə çatdırıb.
"Rəfaha hücum dəhşətli sayda mülki itkilərlə nəticələnəcək. Bu, yolverilməzdir", - o vurğulayıb.
Məlumata görə, Şolts ikigünlük səfəri çərçivəsində əvvəlcə Əqəbə şəhərində İordaniya Kralı II Abdullahla, ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirəcək.