Artıq üç gündür ki, 30-a qədər Gürcüstan vətəndaşı Meksikada narkotik kartelinin girovluğundadır.
Bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı xəbər verib.
Məlumata görə, Meksika sərhədində 30-u Gürcüstan vətəndaşı olmaqla 120-yə qədər insan qaçırılıb. Kartel üzvləri girovları azad etmək üçün 90 min dollar tələb edirlər.
Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, ölkənin Meksikadakı səfirliyi artıq Meksika miqrasiya xidməti ilə əlaqə yaradıb və Gürcüstan vətəndaşlarının olduğu yerləri müəyyənləşdirməyə çalışır.