Stoltenberqin Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
YENİLƏNİB

Gürcüstan hökuməti Tbilisidə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqin Baş nazir İrakli Kobaxidze ilə müzakirə etdiyi məsələləri açıqlayıb.


APA xəbər verir ki, tərəflər söhbət zamanı Gürcüstanın Avro-Atlantik inteqrasiyasına, NATO-Gürcüstan əlaqələrinin gündəliyinə və gələcək əməkdaşlıq perspektivlərinə diqqət yetiriblər.


Qeyd olunub ki, NATO inteqrasiyası Gürcüstanın xarici siyasət prioritetidir və bu, ölkə konstitusiyasında əksini tapıb.


Məlumata görə, Qara dəniz təhlükəsizliyi məsələləri və Qara dəniz regionunda sabitliyin vacibliyi vurğulanıb. Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə NATO baş katibinə təşəkkür edib.

**14:59

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanda səfərdədir.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze qarşılayıblar.


Qeyd edək ki, Y.Stoltenberq Tbilisiyə Bakıdan gedib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.