İsrail Müdafiə Ordusu Qəzza zolağında “Şifa” xəstəxanasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi” Faik Mabxuxu ölüb.
Məlumatı “newsru.co.il” yayıb.
Bildirilib ki, tapşırıq onun ələ keçirilməsi olub, ancaq “rəis” atışmada ölüb.
Məlumata görə, Mabxux başqa işlərlə yanaşı Qəzza zolağında HƏMAS-ın fəaliyyətini əlaqələndirirmiş.
O, HƏMAS-ın koordinatoru, 2010-cu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində MOSAD əməkdaşları tərəfindən öldürülmüş Mahmud Mabxuxun kiçik qardaşı idi. Faik Mabxux terror fəaliyyətinə görə, 15 il həbsdə yatdıqdan sonra Qəzzaya qayıdıb.