Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün səhər saatlarında Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları həyata keçirib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, terrorçular ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradır: “Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini konkret tədbirlər görməyə çağırmışıq”.