Zelenski Rusiyanın Ukraynaya atdığı raket və aviabombalardan danışdı – PAYTAXT KİYEVDƏN KÖÇÜRÜLÜR?

Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram səhifəsində məlumat verib.

 

Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya qarşı 320 “Şahed” kamikadze dronu atıb.

 

Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.

 

"Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, - deyə Zelenski əlavə edib. 

Bu arada Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor gözlənilməz açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Rusiya qoşunları irəliləyə bilsə, Ukrayna Prezidenti Volodimir Zelenski paytaxtı Lvova köçürə bilər.

 

“Zelenski orada Ukraynanın NATO-ya üzv olması üçün israr edəcək”, - deyə o bildirib.

 

Makqreqor onu da əlavə edib ki, Odessa və Qara dəniz sahilində yerləşən digər şəhərlər yaxın gələcəkdə Rusiyanın bir hissəsi ola bilər.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.