NATO baş katibinin Cənubi Qafqaza səfəri növbəti dəfə region ölkələrini Şimali Atlantika alyansının təsir zonasına çəkmək cəhdidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə NATO baş Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərinin şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu cəhdlər həm natoçular tərəfindən, təşkilatın üzvü olan ölkələr tərəfindən individual və sistemli şəkildə edilib:
“Belə səviyyədə NATO məmurunun baş tutmuş səfəri təsdiq edir ki, bu istiqamətdə fəallıq dəfələrlə artıb. Problem nədir? Problemin məğzi nədir? Məğzi odur ki, Cənubi Qafqazda problemlər azalıb deyəsən. Bu, qərbdə kimi qane edə bilər? Kimin xoşuna gələ bilər? Bu ölkələrin əməkdaşlığı, öz aralarında sülh razılaşmasına yaxınlaşmaları qərbə dinclik vermir. Bu ölkələrin Rusiya ilə münasibəti qərbi qane etmir”.
Zaxarovanın sözlərinə görə, NATO-nun məqsədi Rusiyanın cənub sərhədləri boyu vəziyyəti gərginləşdirməkdir: “Əlbəttə ki, Qərbin maksimum vəzifəsi da var. Bu, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumilikdə, regionu yenidən alovlandırmaqdır”.