Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin rəsmi nəticələrini açıqlayıb.
Senzor.az bildirir ki, yekun nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.
Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıblar.
Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.
Bu arada Rusiya lideri Vladimir Putin ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələri ilə bağlı xalqa müraciət edib.
O, müraciətində kimə səs verməsindən asılı olmayaraq səsvermədə iştirak edən bütün rusiyalılara minnətdarlığını bildirib.
Onun sözlərinə görə, seçkilərdə hər bir səs böyük əhəmiyyətə malik olub: “Seçkilər Rusiyanın bu gün böyük və mehriban ailə olduğunu göstərdi”.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib.
Senzor.az