Ərəb ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxslərin Qəzza zolağında atəşkəs naminə danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirədə iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əbu Zeyd "X" hesabında məlumat yayıb.
İclasa Misir XİN rəhbəri Samih Şükri, Səudiyyə Ərəbistanı XİN rəhbəri Feysəl bin Fərhan, Qətər XİN rəhbəri Məhəməd bin Əbdürrəhman, İordaniya XİN rəhbəri Əymən Əs-Səfədi, habelə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Əl-Haşimi və Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əş-Şexh qoşulublar.
İclasda Qəzza zolağında münaqişənin həlli ilə bağlı müzakirələrin ardınca nazirlər Yaxın Şərqə səfərə gəlmiş ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşəcəklər.