NATO və Aİ Moskvadakı terror aktını pisləyib

NATO Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktını pisləyib.


Bu barədə Alyansdan bildirilib.


Həmçinin Avropa İttifaqı da hadisə ilə bağlı Rusiyaya başsağlığı verib.


Avropa Şurasının rəhbəri Şarl Mişel özünün “X” hesabında bu barədə yazıb: “Mən Moskvadakı dəhşətli terror aktını pisləyirəm. Hər yerdə günahsız insanların itkisi insan faciəsidir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm”.


Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell beynəlxalq ictimaiyyəti terrora qarşı həmrəy olmağa çağırıb: “Dünən gecə Moskvada törədilən iyrənc hücumu qəti şəkildə pisləyirəm. Terror yenidən müdafiəsiz insanları hədəf alıb”.


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də terror aktını pislədiyini qeyd edib: “Mən Moskvada dinc sakinlərə qarşı törədilən və İslam qruplaşmasının üzərinə götürdüyü terror aktını pisləyirəm”.


Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.