“Almaniyaya İŞİD terror təşkilatı tərəfindən böyük təhlükə var”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın federal daxili işlər naziri Nensi Faser deyib.
O qeyd edib ki, söhbət İŞİD-in Xorasan regional qolundan gedir.
Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Nəticədə, son məlumata görə, 133 nəfər həlak olub, daha 154 nəfər isə xəsarət alıb.