Rusiya Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk barəsində Krım körpüsündə törədilən terror aktı ilə bağlı qiyabi həbs qərarı verib.
APA xəbər verir ki, bu qərarı Moskvanın Basmannı məhkəməsi çıxarıb.
Malyuk barəsində qiyabi həbs qərarına səbəb Kiyevin yarımadadakı partlayışda, həmçinin hərbi müxbir Vladlen Tatarski və İlya Kivanın qətlində, eyni zamanda, Zaxar Prilepinin avtomobilinin partlaması və digər terror aktlarında iştirakını təsdiqləməsi olub.