Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə vətəndaşlarına çağırış edib.
Yerli KİV xəbər verir ki, Rusiya FTX Ukraynadan gələn təxribat xarakterli telefon zənglərinə və Rusiyada terror aktları törətməyə çağıran mesajlara diqqətli reaksiya verməyə çağırıb.
FTX həmçinin yetkinlik yaşına çatmayanları Ukraynadan gələn terror aktlarına çağıran təxribatların müəllifləri ilə danışmaqdan çəkindirməyə çağırıb.