Serbiya Prezidentindən əhaliyə xəbərdarlıq:
“HEÇ VAXT OLMADIĞI QƏDƏR ÇƏTİN OLACAQ”

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin tezliklə milli maraqlara dair təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Instagram” hesabında müvafiq bəyanat dərc edib.

 

Aleksandr Vuçiçin sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının həyati vacib milli maraqlarını birbaşa təhdid edən xəbər alıb.

 

“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Çətin olacaq, heç zaman olmadığı qədər çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - deyə Vuçiç yazıb.

 

Serbiya Prezidenti başqa təfərrüatları açıqlamayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.