Üçüncü dünya müharibəsi riski yaxınlaşır
Macarıstan XİN başçısı

Üçüncü dünya müharibəsi riski yaxınlaşır.


Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto TASS-a müsahibəsində deyib.


Nazir tərəfdaşlara bu riski artıra biləcək hərəkət və bəyanatlardan çəkinməyə çağırıb: “NATO-ya üzv olan ölkələrin Ukraynaya qoşun göndərməsi təhlükəlidir. Bu kritik vəziyyətdə təkcə hərəkətlər deyil, sözlər də böyük əhəmiyyət daşıyır”.


Nazirin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqların ən yaxın gələcəkdə başlamasına ehtiyac var: “Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez bərqərar olar, bir o qədər az insan həlak olar və dağıntılar bir o qədər az olar. Biz hesab edirik ki, Rusiya bu müharibədə məğlub ola bilməz. Ancaq eyni zamanda Qərbin silah tədarükü davam etdikcə Rusiya da ciddi uğur qazana bilməyəcək”.


Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.