"İŞİD real təhlükə olaraq qalır".
"Anadolu"agentliyi xəbər verir ki, bunu martın 26-da ABŞ dövlət katibi Antoni Blinken İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Dövlət Departamentində görüşündən əvvəl deyib.
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, ötən həftə Moskvada törədilən terror aktı İŞİD-in "real təhlükə olaraq qaldığını" xatırladır.
"Bu təhlükə ilə mübarizə və onu əhəmiyyətli dərəcədə zəiflətmək üçün illər ərzində gördüyümüz çox yaxşı işə baxmayaraq, bir neçə gün əvvəl Moskva yaxınlığında baş vermiş dəhşətli hücum bizə İŞİD-in potensial güc olaraq qaldığını xatırladır. Biz çox sayda günahsız insanların həyatını itirməsinə kədərlənirik. Bu, çox təəssüfləndirici bir xatırlatmadır ki, biz İŞİD-lə mübarizə aparmağa davam etməli və onun dirçəlməyəcəyinə və bərpa olunmayacağına əmin olmalıyıq", - Blinken deyib.