Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.
Yerli KİV xəbər verir ki, bu vəzifəyə Leo Dokerti təyin olunub.
"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - o, "X" hesabında paylaşımında bildirib.
Qeyd edək ki, bundan əvvəl Leo Dokerti Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri postunda çalışıb. Böyük Britaniyanın silahlı qüvvələr naziri isə Ceyms Heppi idi.