Ukrayna xarici işlər naziri Dmitri Kuleba Hindistana səfər edib.
Bu barədə ukraynalı top diplomat "X" hesabında bildirib.
Hindistan XİN rəhbərinin dəvəti ilə Yeni Delhiyə səfərinin başladığını deyən Dmitri Kuleba bu səfərin iki ölkə arasında münasibətlər üçün önəmli olduğunu qeyd edib.
"Ukrayna-Hindistan əməkdaşlığı vacibdir və biz əlaqələri canlandıracağıq. Zelenski və Narendra Modi arasında dialoqa əsaslanaraq, biz Sülh Formuluna xüsusi diqqət yetirəcəyik", - Ukrayna XİN rəhbəri paylaşımında bildirib.
Qeyd edək ki, bu səfər Hindistan Baş naziri Narendra Modinin Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışmasından bir həftə sonraya təsadüf edir. Hindistan indiyədək Ukraynadakı müharibəyə görə Moskvanı tənqid etməkdən yayınıb. Bunun əvəzində, Yeni Delhi münaqişəyə son qoymaq üçün diplomatiya və dialoqun zəruriliyini vurğulayıb. Hindistan, həmçinin sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib.