İsrail ordusu Livanın Əl-Bəzuriyə bölgəsində həyata keçirilən hava hücumu nəticəsində “Hizbullah” hərəkatı raket qüvvələrinin komandir müavini Əli Abed Əl-Həssən Naimin məhv edildiyini bildirib.
Bu barədə “RİA Novosti”-“Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, öldürülən şəxs mühüm bilik mənbəyi və raket sahəsində lider olub.
Bundan başqa, o, İsrail mülki əhalisinə hücumların planlaşdırılmasında iştirak edib.