Amerikalı jurnalistlər ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Tip Uolberqlə Miçiqan ştatında seçicilər arasında keçirilən görüşün videosuna diqqət çəkiblər.
Onlar konqresmenin Qəzza zolağına atom bombası atmağı təklif etdiyindən şübhələnirlər.
Qeyd olunur ki, seçicilərdən biri 72 yaşlı siyasətçiyə humanitar yardımların çatdırılması üçün Qəzza sahillərində liman tikintisinin zəruriliyi barədə sual verib. Uolberq isə cavabında bildirib ki, Vaşinqton bu məqsədlər üçün bir sent belə xərcləməməlidir.
“Hər şey Naqasaki və Xirosimadakı kimi olmalıdır. Biz buna mümkün qədər tez son qoymalıyıq”, - deyə Uolberq daha radikal addımlar atmağa çağırıb.
Konqresmenin ofisindən isə bildirilib ki, siyasətçi o sözləri məcazi mənada işlədib.