İsrailin İran konsulluğuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı 13-ə çatıb
YENİLƏNİB, FOTO/VİDEO

İsrailin Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.


Bu barədə IRIB telekanalı məlumat yayıb.


Ölənlər arasında 7 iranlı və 6 suriyalı olduğu qeyd edilib.

**00:31

İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

 

Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var.

 

**21:38 (01.04.2024)

 

İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.

 

IRIB telekanalı bildirir ki, bunu İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib.

 

Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.

 

İranın dövlət televiziya kanalı "Press TV"nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.


**20:56

 

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

 

Bu barədə İranın "Əl-Aləm" telekanalı məlumat yayıb. 

Bundan əvvəl Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki evə hücum etdiyini bildirib.

 

İranın yerli telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. "Tasnim" agentliyi 6 nəfərin partlayış nəticəsində həlak olduğunu açıqlayıb.

 

**19:52


SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.

 

Bu barədə "Röyters" məlumat yayıb.

 

Məlumata görə, SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi raket nəticəsində öldürülüb.

 

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.


Qeyd edək ki, ötən gün və bu gün İsrail Dəməşqə aviazərbələr endirib. Bu gün endirilən zərbə İranın Dəməşqdəki səfirliyinin yanına düşüb.

 

**18:49

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.


"Ria Novosti" xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.


Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.


Ölən və ya yaralanan barəsində məlumat yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.