Tatarıstanda PUA ilə vurulan zavodda “Shahed” hazırlanırmış...
YENİLƏNİB, VİDEO

Rusiyanın Tatarıstan Respublikası ərazisində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan zavodda “Shahed” dronları  hazırlanırmış.

 

Senzor.az bildirir ki, UNIAN-ın yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunur ki, həmin zavod Ukrayna sərhədindən min kilometr məsafədə yerləşir.

 

Bildirilib ki, Tatarıstanın “Elaz-Neft məhsulları” Neft-emalı zavoduna və “Alabuqa” xüsusi iqtisadi zonasına iki hücum olub.

 

“RBK-Ukraina”nın məlumatına görə, Tatarıstan istiqamətində “UJ-22” PUA-sı uçub. O, 2020-ci ildən Ukrayna silah arsenalına daxil edilib və göyərtəsində 20 kiloqrama yaxın partlayıcı daşıyır.

 

O da vurğulanıb ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

 

**10:12


Tatarıstan ərazisi Ukrayna PUA-larının hücumuna məruz qalıb.

 

Senzor.az bildirir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.

 

“Alabuqa” xüsusi iqtisadi zonasında yataqxanaya pilotsuz təyyarənin hücumu nəticəsində iki nəfər yaralanıb”, - məlumatda qeyd olunub.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.