"Ukrayna NATO-nun üzvü olacaq."
Bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib.
O deyib ki, üzvlük məslsəində qaldırılacaq sual "əgər" deyil "nə zaman"dır.
"Moskva anlamalıdır ki, o, döyüş meydanında məqsədlərinə nail ola bilməyəcək".
NATO Baş katibi əlavə edib ki, aprelin 4-də NATO-Ukrayna Şurasının iclası keçiriləcək. "İclasda Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edəcək və biz hazırkı situasiyanı, Ukraynanın indiki və gələcək ehtiyaclarını müzakirə edəcəyik. Biz Ukraynanın NATO-ya və onun standartlarına daha da yaxınlaşması istiqamətində bu ölkəyə satınalmalardan tutmuş logistikaya qədər müxtəlif sahələrdə kömək edirik".