Rusiyanın Qərbin sanksiyalarından zərər görmədiyinə dair iddiaları əsassızdır
Jozep Borrell

Rusiya hakimiyyəti müntəzəm olaraq iddia edir ki, ölkə iqtisadiyyatı Qərbin sanksiyalarından həqiqətən zərər görməyəcək və Ukraynaya qarşı müharibədə vaxt onun tərəfində olacaq. Ancaq bu iddialar təhlilə davam gətirməz.


Bu fikirlər Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrellin "Xeyr, zaman Rusiyanın tərəfində deyil" adlı bloq yazısında yer alıb.


Yazıda bildirilib ki, Aİ-nin sanksiyaları artıq Rusiya iqtisadiyyatını xeyli zəiflədib:


"Rusiyanın Ukraynaya qarş müharibəni davam etdirməsi ilə ölkənin gələcəyi hər gün daha da qaranlıqlaşır. Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə üzləşən Avropa İttifaqı indiyə qədər yekdilliklə 13 sanksiya paketini qəbul edib ki, bu da Aİ tərəfindən tətbiq olunan maksimal sanksiya səyidir. Bu sanksiyalar həm də bənzər fikirləri bölüşən bir sıra tərəfdaşlarla sıx koordinasiya çərçivəsində həyata keçirilib. Bununla belə, biz son aylarda tez-tez eşidirik ki, bu misli görünməmiş sanksiyalar işə yaramır. Bu səslər Rusiya hakimiyyətinin 2023-cü ildə ÜDM-nin 3,6% artımı barədə açıqlamasından sonra xüsusilə, ucadan səslənsə də, həqiqəti əks etdirmir".


J.Borrel vurğulayıb ki, sanksiyaların tətbiqində məqsəd Rusiyanın ortamüddətli perspektivdə müharibəni davam etdirmək qabiliyyətini zəiflətmək olub:


"Rusiya kimi məlumat azadlığının, nəzarət və tarazlığın mövcud olmadığı avtokratiyada hər zaman rəsmi rəqəmlərə qarşı çox ehtiyatlı olmaq lazımdır. Digər tərəfdən, son iki il ərzində biz davamlı olaraq vurğuladıq ki, sanksiyalarımızın təsiri dərhal olmayacaq və onların tətbiqində məqsəd Rusiyanın ortamüddətli perspektivdə müharibəni davam etdirmək qabiliyyətini zəiflətməkdir. Əslində, gerçəkləşməyə başlayan da məhz budur".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.