Tbilisidə izdihamlı aksiya keçirilir
YENƏ “XARİCİ AGENTLƏR” MƏSƏLƏSİ...

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.

 

Senzor.az bildirir ki, yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıb.

 

Prospektdə yol bağlanıb və şəhərdə avtomobillərin hərəkətində problem yaranıb. Aksiya iştirakçıları qanunun qəbul edilməməsinə etiraz edirlər.

 

Onların fikrincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək. Yeri gəlmişkən, sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

 

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi keçən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılmışdı. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub.

 

Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq bu gün mətbuat konfransında bildirib ki, "Xarici agentlər haqqında" qanunun yenidən təqdim edilməsinə qarşıdır.

 

Onun sözlərinə görə, sözügedən qanunun tətbiqi əslində Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir cəhddir.

 

Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir: "Mən bir neçə həftə əvvəl Tbilisidə oldum, təbii ki, əsas mesajlarımdan biri islahatların, demokratik təsisatların gücləndirilməsinin vacibliyi idi. Gürcü xalqı da açıq şəkildə bildirdi ki, onlar Avropa, Avro-Atlantik ailəsində demokratik, firavan gələcək istəyirlər. Ona görə də qorxuram ki, “xarici agentlər”lə bağlı bu qanun Gürcüstanda fəaliyyət göstərən mediaya da təsir göstərərək, ölkəni daha güclü və daha demokratik cəmiyyətə çevirmək ideyasını sarsıdacaq".


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.