İsrail Qəzzada humanitar dəhliz açılmasına razılıq verdi

İsrail Erez sərhəd-keçid məntəqəsinin humanitar dəhliz kimi istifadəsinə razılıq verib.

 

“Haaretz”in xəbərinə görə, bu, ABŞ Prezidenti Co Baydenin adı çəkilən ölkənin hökumətinə çağırışından sonra mümkün olub.

 

Məntəqənin açılacağını Baş nazir Benyamin Netanyahunun ofisindən də təsdiqləyiblər.

 

“Aşdod” limanının da yük gəmilərini qəbul etməyə başlayacağı bildirilib.

 

İsrail hökumətindəki mənbənin açıqlamasına görə, məqsəd bölgədəki humanitar böhranın dərinləşməsinin qarşısını almaqdır.

 

APA xatırladır ki, bir qədər əvvəl Ağ Ev rəhbəri İsraili regiondakı humanitar böhranın qarşısını almaq, eləcə də yardım könüllülərinin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırmışdı.

 

Qeyd edək ki, regiondakı humanitar dəhliz ötən il oktyabrın 7-dən bağlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.