Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız girişi qadağan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fərman imzalayıb.
“Türkiyəyə ümumvətəndaş şəxsiyyət vəsiqəsi ilə səyahət edən Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğv edilməsinə qərar verilib”, - sənəddə qeyd olunub.
Qərarın səbəbləri açıqlanmayıb. Böyük ehtimalla bu, Rusiyadakı “Crocus Sity Hall”dakı teraktla bağlıdır.
Sənəd “Resmi Gazete”də yayımlanıb.