ABŞ, Yaponiya, Avstraliya və Filippin tarixdə ilk dəfə dənizdə birgə hərbi təlimlər keçirəcək.
“Associated Press“in xəbərinə görə, manevrlərin aprelin 7-də başlanması planlaşdırılır.
Pentaqondan bildirilir ki, təlimlər özündə Hind-Sakit okean regionunda sülh və sabitliyin təminatı, eləcə də müxtəlif təyinatlı gəmilərin etibarlı keçidinin mühafizəsi üzrə tapşırıqların icrasını ehtiva edir.
Qeyd edək ki, Çin ötən il regionda bu cür hərbi eskalasiyanın qəbuledilməz olduğunu açıqlayıb. Rəsmi Pekin hələlik builki hərbi təlimlər barədə mövqeyini açıqlamayıb.