“Crocus City Hall”da törədilən və çoxsaylı insan ölümünə səbəb olan terror aktını Fransa prezidenti Emmanuel Makron maliyyələşdirib.
“Rossiyskaya Qazeta”nın xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
O bildirib ki, bu işdə Fransa liderinə NATO ölkələrinin rəhbərləri dəstək verib.
D. Medvedev əlavə edib ki, bundan sonra həmin şəxslər təkcə Rusiyanın düşməni deyil.