Bazar günü İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundan demək olar ki, bütün hərbi hissələrini çıxarıb.
Senzor.az bildirir ki, bu barədə Jerusalem Post və Times of Israel nəşrləri yazıblar.
Onların yazdıqlarına görə, bir neçə aylıq döyüşlərdən sonra indi cənubda cəmi bir briqada qalıb ki, onun da vəzifəsi İsrailin cənubunu Qəzza zolağının sahilləri ilə birləşdirən dəhlizin təhlükəsizliyini təmin etməkdir.
Bu dəhliz İDF-yə Qəzzanın şimalında və mərkəzində reydlər keçirməyə imkan verir, fələstinlilərin zolağın şimal hissəsinə qayıtmasının qarşısını alır və humanitar təşkilatlara Qəzzanın şimalına yardım çatdırmağa imkan verir.
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzza zolağında yerləşən 98-ci briqadanın bölmələrinin Xan Yunisdən çıxarılması bu şəhərdə Fələstinin "HƏMAS" hərəkatının hərbi strukturunun məhv edilməsi əməliyyatının başa çatması ilə bağlıdır.
O, həmçinin qeyd edib ki, hərbçilər sektorun cənubundakı Rəfah əməliyyatları da daxil olmaqla, yeni vəzifələrin icrasına hazırlaşmaqda davam edirlər. "Həmas şəhərdə hərbi mövcudluğunu dayandırdıqdan sonra biz qüvvələrimizi Xan Yunisdən çıxardıq. Qoşunlarımız gələcək missiyalara, o cümlədən Rəfahdakı missiyaya hazırlaşmaq üçün ərazini tərk ediblər", - deyə nazir bildirib.
Senzor.az