“Yaponiya Ukrayna və Yaxın Şərq münaqişələri səbəbindən ABŞ ilə hərbi ittifaq yaradılmasını nəzərdən keçirir.
Bu barədə ölkənin baş naziri Fumio Kişida bildirib.
O deyib ki, son dövrlər baş verən qlobal silahlı münaqişələr ölkənin müdafiə strategiyasına dəyişiklik zərurəti yaradıb.
Fumio Kişidanın sözlərinə görə, ölkəsi rəsmi Pekinin uzun müddətdir Şərqi və Cənubi Çin dənizlərində status-kvonu dəyişmək cəhdlərinə yol verməsinin qəbuledilməzliyini vurğulayıb.
Qeyd edək ki, yerli mətbuatda Yaponiya baş nazirinin Şimali Koreya lideri Kim Çen Ina 2002-ci ildən sonra ilk görüşün keçirilməsi barədə təklif göndərdiyi yazılıb.