Bu ilin ilk Günəş tutulması başa çatıb.
Senzor.az xatırladır ki, bu hadisə tam Günəş tutulması olub.
Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edib.
Tam tutulma ABŞ-ın cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçib.
Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edib.
**20:51 (08.04.2024)
Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.
Senzor.az Bakı Dövlət Universitetinin Astrofizika kafedrasına istinadən bildirir ki, bu hadisə tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.
Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.