“Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində aviasiya texnikasının istehsalı ilə məşğul olan zavodun əsas istehsalat sahəsi sıradan çıxarılıb”.
“UNIAN“ın xəbərinə görə, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bildirib.
O, əməliyyatın detallarını açıqlamasa da, deyib ki, əldə olunan məlumata görə, müəssisənin istehsal gücünə əhəmiyyətli ziyan dəyib.