ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəmilərdən ələ keçirilən İran silahlarını Ukraynaya göndərib.
Senzor.az bildirir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb.
Qurum bildirib ki, aprelin 4-də Ukrayna silahlı qüvvələrinə 5 mindən çox AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri, RPQ-7-lər və 500 mindən çox 7,62 mm çaplı patron verilib.
Silahlar 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər ABŞ Mərkəzi Komandanlığı və ABŞ-ın tərəfdaş donanmaları tərəfindən ələ keçirilib.
Məlumatda o da vurğulanır ki, həmin silahlar Yəməndəki Ənsar Allah hərəkatı (husilər) üçün nəzərdə tutulmuşdu...
Amma İran hakimiyyəti husilərə silah vermək ittihamlarını rədd edir.