Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi qalxmaqda davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Orenburq rəhbərinin birinci müavini Aleksey Kudinov məlumat verib.
“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb", - deyə o qeyd edib.
Bundan əvvəl Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin bildirib ki, Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.