Almaniyada terror təhlükəsi səviyyəsi yüksəlib - BÜTÜN AVROPA DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNDƏDİR

Avropada terror hücumları riski artır, belə bir dinamika artıq altı aydır müşahidə olunur.

 

“Bild” nəşri xəbər verir ki, güc strukturları bu ilin əvvəlində Almaniyaya terror aktları törətməyi planlaşdıran şəxslərin qaçqın adı altında gəldiyindən şübhələnirlər və məhz bununla əlaqədar bu həftənin əvvəlində ölkədə terror təhlükəsi səviyyəsinin yüksəldilməsi barədə qərar qəbul edilib. Terrorçular Almaniyada və digər dövlətlərdə hücumlar planlaşdıra bilərlər.

 

“Artıq bir neçə aydır ki, bütün Avropa döyüş hazırlığı vəziyyətindədir. Təkcə Almaniyada cinayətkarlar artıq üç dəfə (sonuncu dəfə Köln kilsəsində) dəhşətli və qanlı qətliam təşkil etməyə çalışıblar”, - deyə xüsusi xidmət orqanlarının “Bild” nəşrində dərc edilən xəbərdarlığında qeyd olunur.

 

Almaniyanın daxili işlər naziri Nensi Fezer qadağan olunmuş İŞİD terror təşkilatı tərəfindən təhdid barədə xəbərdarlıq edib. “Almaniyaya qarşı ən ciddi təhlükə onlardan qaynaqlanır”, - deyə federal nazir bildirib.

 

Fezer Milad bayramı ərzində Kölndə tətbiq olunan sonuncu gücləndirilmiş təhlükəsizlik tədbirlərinin İŞİD terror hücumlarının mümkün təhdidlərindən qorunmağa yönəldiyini açıqlayıb.

 

Dekabrın 23-də Avstriya, Almaniya və İspaniyanın təhlükəsizlik orqanları terror təşkilatının Yeni il və Milad bayramı ərəfəsində bir neçə terror hücumu hazırladığını bildiriblər. Xüsusi hazırlanmış “Milad sürprizi” - Köln, Vyana və Madriddə Milad tədbirləri zamanı kilsələrə hücum riski barədə də məlumat daxil olub.

 

AZƏRTAC xatırladır ki, Avropa İttifaqında 2014-cü ildən İŞİD terror təşkilatı ilə bağlı hər cür fəaliyyət qadağan edilib. İŞİD simvolizminin sosial şəbəkələrdə, nümayişlərdə və ictimai yerlərdə istifadəsinə qadağa qoyulub. Qadağalar arasında İŞİD-ə yardım etmək və onun təbliğatını aparmaq, bu təşkilata ianə toplamaq və onun sıralarına işə qəbul olunmaq da var. Bundan əlavə, bu qadağalara qarşı çıxış etmək də qanunla təqib olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.