Pentaqon: Vaşinqton Tehranla münaqişə axtarmır, amma…

Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin İsraili dəstəkləməyə davam edəcək. 

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o əlavə edib ki, aprelin 14-nə keçən gecə ABŞ İranın İsrailə doğru atdığı onlarla raket və pilotsuz təyyarəni ələ keçirib.

  

“Biz İranın ehtiyatsız və misli görünməmiş hücumlarını pisləyirik və növbəti hücumları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq. Biz İranla münaqişəyə can atmırıq, lakin biz, şübhəsiz ki, qüvvələrimizin maraqlarına uyğun hərəkət edəcəyik və İsrailin müdafiəsini dəstəkləyəcəyik”, - deyə Lloyd Austinin Pentaqonun saytında yayımlanan açıqlamasında vurğulanıb.

  

O, həmçinin bildirib ki, regiondakı vəziyyəti diqqətlə izləməyə və müttəfiqlərlə məsləhətləşmələrə davam edəcək. Nazir İranın hücumunun dəf edilməsində iştirak edən ABŞ əsgərlərinə təşəkkür edib.

 

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İsrail Müdafiə Qüvvələri İranın ölkəyə doğru 200-dən çox raket və PUA buraxdığını bildirib.Tehranın hücumu aprelin əvvəlində Dəməşqdəki konsulluğuna edilən zərbəyə cavab olub. İsrail Müdafiə Qüvvələri dəymiş ziyanı kiçik hesab edib. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran pilotsuz təyyarələri və raketləri İsrail ərazisi daxilindəki hədəfləri vurub. ABŞ Prezidenti Co Bayden isə deyib ki, ABŞ ordusu İsrailə demək olar ki, bütün dron və raketləri vurmağa kömək edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.